Modern.az

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

İdman

12 Mart 2026, 23:55

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.

 

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır