Modern.az

Yeni xəbər saytının baş redaktoru planlardan danışdı: “Böyük iddialarımız yoxdur”

 Yeni xəbər saytının baş redaktoru planlardan danışdı: “Böyük iddialarımız yoxdur”

3 İyun 2013, 17:22

Hüquq müdafiəçisi Eynulla Fətullayevin yaratdığı “virtualaz.org” xəbər portalı artıq fəaliyyətə başlayıb. Modern.az-a açıqlamasında saytın baş redaktoru Famil Cəfərli bildirib ki, yeni sayt jurnalistikanın xəbərçilik prinsipinə söykənəcək.

“Böyük iddialar və planlarımız yoxdur, amma özünəməxsus sayt olacaq. Hadisələrə və proseslərə də öz baxışımız olacaq. Qeyri-adi heç bir şey planlaşdırmırıq”.

Baş redaktor onu da əlavə edib ki, daha çevik, operativ, mobil işləməyə çalışacaqlar.

Famil Cəfərlinin vurğulayıb ki, sayt bütün jurnalistlərin üzünə açıqdır. O, tanınmış imzaların da bu xəbər portalında təmsil olunmasına belə aydınlıq gətirdi:

“Hansı tanınmış imza istəyərsə, bizimlə əməkdaşlıq edə bilər. Təklifləri dəyərləndirəcəyik. Hələlik “Gündəlik Azərbaycan”nın keçmiş redaktorları Rusvat Bayramov, Üzeyir Cəfərov kimi tanınmışlar yeni yaradılmış redaksiyada işləyirlər. 5 nəfərlik müxbir heyəti ilə çalışırıq. Saytımız heç bir siyasi qüvvə, partiyaya söykənməyən bir media orqanıdır. İstənilən xəbərə yer var. Təbii ki, o, qərəzli, dezinformasiya olmamalıdır”.  

Aqşin KƏRİMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi