Modern.az

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib

Aktual

14 Mart 2026, 12:48

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.

Modern.az-ın məlumatına görə, Hikmət hacıyev bu barədə “X” hesabında paylaşım edib.

Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü nəzərə alınarsa, bu format çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ