13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - İçməli suyu qəbiristanlıqdan götürən kənddən reportaj
İçməli suyu qəbiristanlıqdan götürən kənddən reportaj
07.06.2010, 18:40

Modern.az-ın əməkdaşı  “Bakı kəndləri” adlı layihəsi çərçivəsində bu dəfə qədim kəndlərdən biri olan Zığı gəzib, bu yaşayış məntəqəsinin qədimi yerləri və bu günü, problemləri ilə tanış olub.

Zığa niyə gec çatdım?

Şəhərin mərkəzindən Zığ kəndinə avtobusla 35-40 dəqiqəyə çatmaq olar. Lakin mən saat yarıma ancaq gedib çatdım. Səbəbi də nabələdliyim oldu. Düşündüm ki, əksər kəndlər kimi, Zığın da girişində onun adı yazılmış lövhə olar. Ona görə avtobusla gedərkən gözüm yolun kənarında “Zığ” sözü yazılan lövhə axtarırdı. Bu səbəbdən Zığ kəndini ötüb keçmişdim. İrəlidə düşüb xeyli geri qayıtmalı oldum.
Zığa gedən yolun hamar və rahat olduğunu görəndə fikirləşdim ki, kəndarası yollar da elə belə olar. Amma heyhat...
Bələdçim hələ yox idi. Ona görə özüm əvvəlcə Zığın qədimi yerlərinə baş çəkməyi qərara aldım. Kəndin çala-çuxur yolları ilə bir xeyli gəzib qarşıma çıxan sakinlərdən qədim yerləri soraqladım. Amma hər kəsin üzündə bir narazılıq hiss olundu. Elə hamı “jurnalistsənsə, qədim yerləri neynirsən, bizim dərdimizdən yaz. Su tapmırıq eyy, içməyə, suu!” deyirdi. Nəhayət mənə bələdçilik etməyə söz verən şəxs gəlib çıxdı və biz məsləhətləşdik ki, əvvəlcə kəndin tarixi yerlərinə baş çəkək.

Qədimi yerlər

Zığın “Əli qədəmgah” deyilən ziyarətgahına baş çəkdik. Ziyarətgahın içində at nalının izi var. Deyilənə görə, peyğəmbər buradan atla keçəndə atının nal izi həmin yerə düşür. Ziyarətgahın axundu Seyid Aslanın deməsinə görə, bu müqəddəs ocağın tarixi çox qədimdir: “Bu qədəmgah usta Əli tərəfindən tikilib”.
Seyid Aslan deyir ki, kənd sakinlərinin vəsaiti hesabına qədəmgahın ərazisində xeyli abadlıq işləri görülüb, xanımlar üçün Hüseyniyyə tikilib, ziyarətgaha gələn yolu abadlaşdırılıb. “Çünki bura xarici ölkələrdən, əsasən də İrandan ziyarətə  gələnlər olur”. Ziyarətgahda “Qoç daşı” deyilən heykəllərin biri yerində qalsa da, digərini “İçərişəhər” qoruğuna aparıblar.

Zığın məşhur İslam məscidini də ziyarət etdik. Bu məscidin tikilmə tarixi dəqiq bilinməsə də, çox qədim olduğu deyilir. Məscidin həyətində yaşı 140-a yaxın olan tut ağacı var. Təəsüf ki, ibadətgah yarasız haldadır.

Məşhur filmin bəzi kadrları bu kənddə çəkilib

Zığ kəndində qədimi evlərdə çoxdur. Kənd ağsaqqallarının deməsinə görə, bu evlərin 300-ə yaxın yaşı var. Köhnə evlərin əksəriyyəti demək olar ki, qəzalı vəziyyətdədir.
Baş çəkdiyimiz ünvanlardan biri məşhur “Qanun naminə” (“Mehman”) filminin çəkildiyi ev oldu. Ev uçuq-sökük vəziyyətdədir. Bu məşhur evin sahibi kənd sakini Xuraman nənə və Cənnət baba imiş. İndi burada onların nəvəsi Natiq Məmmədov yaşayır. N.Məmmədovun sözlərinə görə, “Qanun naminə” filmi çəkildikdən sonra həmin evdə başqa filmlərin çəkilməsi üçün də nənəsinə müraciət edənlər olub: “Ancaq nənəm əvvəlcə istəməyib. Deyirmiş “axı nəyimə gərək e...”. Sonra qonşuları onu razı salıb ki, “ay arvad evin məşhurlaşacaq, bəlkə özün də tarixə düşdün”. Ondan sonra nənəm razı olub”.

Türbə və sərdabələr

Kənddə qədimi türbə və sərdabələr də var. Türbələrin birində 12 qəbir indiyədək qalmaqdadır. Deyilənə görə, bu qəbirlərdə yatanlar Şah Abbasın nəsilindəndilər. Kənd sakinləri belə türbələrin dağılıb getməsindən narazılıq edirlər.
Zığda yaşı çox qədimlərə gedib çıxan adsız bir hamam da var. Hazırda uçuq vəziyyətdə olan hamamı ağsaqqalların deməsinə görə, kəndin sakini Əmir Aslan tikdirib.
Tarixi abidələr sırasında  "Ovdan" bulağı da var ki, o da 17-ci əsrə aiddir. "Ovdan" bulağı Zığ kəndinin mərkəzində yerləşir. Kənd əhalisinin bir hissəsi həmin bulağın suyundan istifadə edir.

“Bakı oğrularının xaç atası” zığlı imiş

Zığı gəzdikcə bizə məlum oldu ki, burada 4 orta məktəb, 2 ambulatoriya, 3 poçt, 2 baxça, 1 vərəm dispanseri, 1 poliklinka fəaliyyət göstərir.  Zığ kəndinin ərazisi əvvəllər çox böyük olub. Sonralar kəndin ərazisini “Dədə Qorqud” yaşayış sahəsi, “Bahar” bağ massivi, “Qum adası” bağ evləri, Zığ bağlarına bölüblər.  
Zığda məşhur insanlar da doğulub. Onlardan biri alim Şeyx Həsəndir. Onun yaşadığı ev hazırda kənddədir. Şeyxin nəticəsi hazırda həmin evində yaşayır.        
Professor Xanım Salayeva, general Əhməd bəy Ağayev, xeyriyyəçilər Ağabala bəy, Məşədi bəy, Hacı Abbasqulu, Hacı Bağır və başqaları bu kəndin yetirdiyi məşhur şəxslərdir.
“Bakı oğrularının xaç atası” kimi tanınan qoçu Cabir Pəncəlioğlu da zığlıdır. Deyilənə görə, o Sibirə sürgünə göndərilən məhbuslara qoçuluq edirmiş.

Həll olunmayan problemlər...

“İçməyə su tapmırıq. Kənd əhalisinin yarıdan çoxu suyu maşınla alır, ya da qəbirstanlığın ortasındakı bulaqdan gətirir. Belə də dərd olar?! Kimə şikayət edirik, bizi bir qurumdan digərinə göndərirlər. Nə bələdiyyə səsimizi eşidir, nə də yuxarılar...”.
Bunu qəbirstanlıqdakı bulaqdan su dolduran 55 yaşlı İskəndər dayı dedi.
Digər kənd sakini Rauf müəllim də evlərə içməli su verilməməsindən şikayət etdi: “Ay qızım, bir adam bizə baxmır. Elə bil Zığ adlı kənd yoxdur. Prezidentin bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamları var. Biz bəyəm həmin bölgələrdən deyilik? Ailəlikcə hamımız bütün günü su daşıyırıq. Vəziyyətimiz çox acınacaqlıdır”.

Kəndin bəzi sakinləri isə qaz və işıqdan şikayətçidir. Xalidə nənə dedi ki, qış olanda qaz gəlmir: “Yenə indi havalar isti keçir deyə, qaz elə də lazım olmur. Amma soyuq aylarda sobalarda odun qalayırıq. Qaz vaxtlı-vaxtında gəlmir”.

Zığ kəndinin harasına baxsan zibil tayalarına rast gəlmək olardı. Hətta məktəblərin birinin həyətində zibil qalağına rast gəldik.

Sakinlərin başqa bir narazılığı kanalizasiya xəttinin olmaması idi. Bütün kənd camaatı həyətdə quyu qazaraq kanalizasiya kimi istifadə edir. Elə kənd sakini Sevil xalanın da şikayəti bununla bağlı oldu: “Yay gələndə üfunət iyindən birtəhər oluruq. Kanalizasiya quyusu dolanda, pul verib boşaltdırırq, maşınlar çəkib aparır. Bu kəndin problemini sadalamaqla qurtarmaz. Kimdir bizi yada salan? Seçki gələndə yadlarına düşəcəyik”.

Deputatdan narazılıq

80 yaşlı Seyid Aslan isə deputatlarından narazılıq etdi: “Biz deputatımızın üzünü görmürük. Bizə demişdi ki, “seçsəniz də, seçməsəniz də deputat mən olacam”. Biz dəfələrlə ona müraciət etmişik, ancaq bu 5 ildə Anar Məmmədxanlının üzünü görməmişik”.
Digər kənd sakinləri deputatın bir dəfə də olsun Zığa gəlmədiyini vurğuladılar.

“Ciyərlərimiz təmiz hava əvəzinə zəhərli tüstü udur”
 
Sakinlərin digər problemi isə əlvan metallarının əridildiyi zavodla bağlı oldu. Cavid Ağabalanın sözlərinə görə, sözügedən zavod gizli fəaliyyət göstərir: “Bu obyektin sahibi Fərhad adlı şəxsdir. Dəfələrlə onun yanına getmişik, bizi qəbul etməyib. Bu zavod ancaq gecələr işləyir. Əgər gecə gəlib baxsanız, bütün kəndin üstünün duman aldığını görərsiniz. Elə bil kəndə bomba atıblar. 4-5 ilə yaxındı ciyərlərimiz təmiz hava əvəzinə zəhərli tüstü udur”.
Züleyxa adlı başqa bir Zığ sakini də həmin zavod barədə danışdı: “Neçə illərdir ki, bizim əkdiyimiz ağaclar quruyub məhv olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı şikayət etmişik. Nazirlikdən bu zavodun işinin dayandırılması barədə arayış veriblər. Ancaq zavod elə öz işindədir”.

Örüş sahələri gəlmələrə satılır

Kənd əhalisinin əsas məşğuliyyəti əvvəllər əkinçilik və maldarlıqla bağlı olub. Amma indi Zığda 3-4 hektar otlaq sahəsi ancaq qalıb.  Kəndin yaşlı sakini Cabir kişi deyir ki, otlaq sahələri satılıb: “Otlaq sahəsinin bir hissəsini daş karxanası məhv edib. Orada daşı üyüdüb, tökürlər otlaq sahələrinə. Bir hissəsini də bələdiyyə və icra nümayəndəliyi satıb gəlmə adamlara. Mal-qaramızı otarmağa örüş sahəsi qalmayıb. Kənddə bir dənə də olsun iş yeri yoxdur ki, gedib başqa işlə məşğul olaq. Bizim diyar hamının yadından çıxıb”.  
53 yaşlı Rza kişi də diqqətdən kənarda qaldıqlarını deyir: “Əgər biz öz vəsaitimiz hesabına qaz, su, işıq, yol çəkdirəcəyiksə, onda deputat, bələdiyyə, icra nümayəndəsi nəyimizə gərəkdir? Zığda bir həyətdə 3-4 ailə yaşayır. Biz öz gələcək uşaqlarımız üçün bu örüşləri saxlayırdıq. Ancaq acgözlər xalqın torpaq sahəsini satıb, yeyirlər”. Kəndə hətta bəzi evlər var ki, çat verib. Sakinlər bunun səbəbini evlərin altından su getməsi ilə əlaqələndirdilər.

“Səsimizə səs verilmədi”

Zığda yeni tikilən evlərin bir hissəsi yüksək gərginlikli elektrik naqillərinin altında yerləşir. Bir çox evlər isə qaz və su xətlərinin üstündə tikilib.
Üç nəslinin Zığda yaşadığını deyən Güləhməd baba problemlə bağlı müvafiq qurumlara ərizə yazdıqlarını dedi: “Biz Bakının icra başçısı Hacıbala Abutalubova dəfələrlə ərizə yazıb, problemimizi bildirmişik. Bu günə kimi bizə cavab gəlməyib. 2002-ci ildə Prezident təhlükəli zonalarda torpaq sahələrinin ayrılmasının dayandırılması haqqında sərəncam verib. Ancaq buna məhəl qoyan yoxdur. Səbr kasamız artıq daşıb”.

Ramiz Xəlifoğlu problemlərin işıqlandırılması üçün dəfələrlə ANS telekanalına müraciət etdiklərini dedi: “Amma bir dəfə də olsun gəlib, bizimlə maraqlanmadılar. Səsimizə səs vermədilər.  Halbuki, ANS televiziyasının xanım müxbirlərindən birinin də evi buradadır”.

Zığ sakinlərinin “Maral” dərdi

Sakinlərin başqa bir dərdi isə dini adət-ənənələrin qorunub saxlandığı kənddə nalayiq hərəkətlərə rəvac verilməsidir. Əvvəlcə xalça sexinin tikiləcəyi adı ilə sakinlərdən imza toplanılıb. Kəndlilər də seviniblər ki, iş yeri açılacaq. Ancaq sonradan məlum olub ki, xalça sexi tikiləcək yerdə otel inşa olunacaq. Bir müddətdən sonra “Maral” adlanan bu otel çevrilib olub restoran.
Aldandıqlarını görən sakinlər dəfələrlə sözügüdən obyektin sahibinin yanına gediblər: “Bu restoranda gecə-gündüz nalayiq işlərlə məşğul olurlar. Bir neçə məmur var ki, onlar da bura gəlir. Nə vaxt baxsanız, restoranın qarşısı xarici maşınlarla doludur. “Maral”ın rəhbəri Dağlar adlı şəxsin qəbuluna getsək də, bizi rədd edib”. Zığlıların deməyə sözləri çox olsa da bizm vaxtımız az idi. Hər halda kifayət qədər məsələlərdən agah olmuşduq...

Zığın tarixi

Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində,  Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar.
Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün  mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir. Zığ camaatı məqbərənin tikintisində yaxından iştirak edərək, öz mallarından bir qismini məqbərənin idarəçiliyi üçün vəqf edirlər. Şirvanşah I Xəlilüllah əmlakının bir qismini Zığ kəndi daxil olmaqla xanımın məqbərəsinə vəqf edərək Zığ camaatını vergidən azad edib.
Əli süfrəsi adı ilə ehsan məclisi qurmaq ənənəsi o dövrdən bu camaat arasında məşhurdur. Digər mənbələrdə isə Zığ qəbiləsinin Alan masketlərindən olduğu bildirilir. “Alan” dağlı deməkdr.  Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir. Yafəs Nuh Peyğənbərin oğludur.
Zığ kəndi 1936-cı ildə 350 təsərrüfatdan ibarət olub və həmin ildən qəsəbə statusu alıb.
Zığın ərazisi təxminən 1000 hektar təşkil edir. Əhalisinin sayı 15 minə yaxındır.


 

Kənardan baxanda Zığ problemsiz görünür, amma..

 

Sakinlərin öz vəsaiti hesabına salınan kəndarası yol.

 

Yeni tikilən tuneldən keçən yol artıq bərbad vəziyyətə düşüb.

 

"Biz dövlətdən kömək  gözləyirik".

 

Su və qaz xətlərinin üzərində inşa olunan tikililər.

 

Yeni tikililər.

 

 

Əli qədəmgahı.

 

Əhməd bəy Ağaoğlunun nəticəsi.

 

İcra nümayəndəliyinin binası.

 

Yöndəmsiz tikililər.

 

Zığlıların otlaq sahələri tədricən daralır. 

 

Tibb mərkəzi.

 

"Qanun naminə" filminin bəzi kadrları bu evdə çəkilib.

 

Bələdiyyə binası. Heç kimi yerində tapa bilmədik, təkcə inəklərdən başqa.

 

Ancaq gecələr işləyib zığlıları zəhərləyən zavod.

Ovdan bulağı.

 

"İslam" məscidinin təmirə ehtiyacı var.

 

Zığdakı qədim hamamlardan biri.

 

Kənddəki azsaylı iş yerlərindən biri-tikiş sexi.

 

Narazılığa səbəb olan "Maral" restoranı.

 

Xəstələrin şəfa tapdığı Duzlu göl.

 

Şeyx Həsən bu evdə yaşayıb.

 

Sakinlər içməli suyu qəbiristanlıqdakı bulaqdan daşıyırlar.

 

Zığdakı türbələrdən birində...


Günay MUSAYEVA  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
ANAR
07.06.2010, 19:10

Maraqli yazidir goresen anar memmedxanli niye secildiyi daireye bash cekmir

Resad
07.06.2010, 19:11

ela Gunka sekiller superdi yaratmisan

Fazil Muradov
07.06.2010, 19:14

gORESEN CAMAATIN DERDINE YANAN NIYE TAPILMIR? ILAHI 21 CI ESRDE CAMAAT SUYU QEBIRISTANLIGDAN ICIR

Refiqe
07.06.2010, 19:15

siz yaxshi edib kendlerin problemlerini qaldirirsiz cox sagolun sayta minnetdaram

ISLAM
07.06.2010, 19:15

Bu sadece vehshilikdir

07.06.2010, 19:16

Bizim kenddende yazsaniz pis olmaz

Aqil Seyidov
07.06.2010, 19:17

nolsun e deputat baxmir deputat neylesin yazig allah vurmus

ESMIRA
07.06.2010, 19:24

Bu gun prezidentin serencamina emel edilmir. Guya regionlarin iqtisadi inkishafi haqqinda layihe imzalanib bu da "INKISHAF"! Daha ne deyesen

Sahil Ceferli
07.06.2010, 19:25

xanim melumat ucun sagolun duzu bu kend haaqinda birinci defe idi esidirdim

Samire Hesenli
09.06.2010, 05:58

Heqiqeten maragli reportajdi sekilalti sozlerde repotaji canli edib umumiyyetle sizin sayt yaxshi repotajlar verir

Rufet
09.06.2010, 05:59

BIR VAXTLAR QALOSH O EVDE DURARDI MEN HEC BILMIRDIM HEMIN FILMIN CEKILDIYI EV ZIGDADIR

AQIL
09.06.2010, 06:00

burda ne cox problem var

Ibrahim
09.06.2010, 06:01

Iyrenc...

ARZU --
09.06.2010, 06:02

bashsiz milletdi de kimdir e baxan Esmira xanim men sizinle tam raziyam

RASIM ALIZADE
09.06.2010, 19:57

BAKI KENDLERINDE YASANAN PROBLEMLER OQEDER ACINACAQLIDIRKI INSAN YASAMAQDAN BEZIR.USTELIK MEMURLAR AQIZ DOLU INKISAFDAN DEM VURANDA.ZIQ BELEDIYYESINDE,BELEDIYYENIN OLMASI EVEZINE INEKLERIN OLMASI VE MARAL RESTORANDA IMKANLI MEMURLARIN EXLAQSIZLARLA EYLENMESI, MEMURLAR DEMISKEN SOZUN ESIL MENASINDA INKISAFDIRRRRRRRRRRRRR.........................

Turan
12.06.2010, 11:28

Gunay xan teshekkurler ela alinib!!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb
13.11.2018, 11:17

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Şükranlıq, yaxud boz küçüyün taleyi  
13.11.2018, 11:01

Şükranlıq, yaxud boz küçüyün taleyi  

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı
13.11.2018, 10:58

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır
13.11.2018, 10:54

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı
13.11.2018, 10:50

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ
13.11.2018, 10:47

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı
13.11.2018, 10:42

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb
13.11.2018, 10:39

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA
13.11.2018, 10:37

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

ARXİV