Modern.az

Gəncədə 41 yaşlı kişi bıçaqlandı

Gəncədə 41 yaşlı kişi bıçaqlandı

Hadisə

3 Aprel 2026, 01:55

Gəncə şəhərində xəsarətalma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhər sakini 1985-ci il təvəllüdlü E.Həsənov bud nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

41 yaşlı kişinin hansı şəraitdə xəsarət alması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

(APA)

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir