Modern.az

Bakıda sabiq icra başçısının oğlu həyat yoldaşını bıçaqladı

Bakıda sabiq icra başçısının oğlu həyat yoldaşını bıçaqladı

4 Fevral 2020, 00:14

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?