Modern.az

Bakıda polisin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda polisin ölümü ilə bağlı cinayət işi başlandı

4 Fevral 2020, 11:20

Bakıda yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə fevralın 3-də, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan paytaxt sakini Firudin Ömərovun idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobili yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?