Prezident İlham Əliyev Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamla Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Qazax rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 4 fevral tarixli Sərəncamına
Əlavə
| Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı | Əhalinin sayı |
|
| Ağköynək kəndi | 1 | 3762 |
|
| Aslanbəyli kəndi | 1 | 402 |
|
| Aşağı Salahlı kəndi | 1 | 1960 |
|
| Cəfərli kəndi | 1 | 1254 |
|
| Çaylı kəndi | 1 | 7920 |
|
| Daş Salahlı kəndi | 1 | 10507 |
|
| Dəmirçilər kəndi | 1 | 1633 |
|
| Xanlıqlar kəndi | 1 | 3680 |
|
| Kəmərli kəndi | 1 | 3195 |
| 10. | Kosalar kəndi | 1 | 4573 |
| 11. | Qarapapaq kəndi | 1 | 1995 |
| 12. | Qaymaqlı kəndi | 1 | 2195 |
| 13. | Orta Salahlı kəndi | 1 | 1795 |
| 14. | Ürkməzli kəndi | 1 | 1400 |
| Cəmi | 14 | 46271 | |