Modern.az

Göygöldə kişi həmkəndliləri tərəfindən bıçaqlanıb

Göygöldə kişi həmkəndliləri tərəfindən bıçaqlanıb

5 Fevral 2020, 21:12

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Mollacəlli kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Abdiyev Asif Mehralı oğlu kəsilmiş- deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Abdiyev həmkəndlisi Asəf Namazov və onun atası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?