Modern.az

Elmar Məmmədyarov Baş katiblə görüşdü

Elmar Məmmədyarov Baş katiblə görüşdü

5 Fevral 2020, 21:55

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

 
Nazirlikdən  Modern.az-a verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?