Modern.az

Pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək - Nazir

Pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək - Nazir

6 Fevral 2020, 17:30

Ötən ilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında deyib.

 

S.Babayev Sərəncamın sosial sahədə islahatların 2020-ci ildə də uğurla davam etməsinin əyani təsdiqi olduğunu vurğulayıb.

 

Nazir bildirib ki, son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb:

 

"Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, median pensiya məbləği 54 faiz artıb. Əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunur. Digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 mln. manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək".

 

Nazir qeyd edib ki, artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?