Modern.az

ÜST koronavirusun rəsmi adını açıqladı: COVID-19

ÜST koronavirusun rəsmi adını açıqladı: COVID-19

12 Fevral 2020, 00:13

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Çində meydana gələn yeni koronavirusa rəsmi ad verildiyini bəyan edib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, ÜST  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı arasında qəbul edilmiş qaydalara uyğun olaraq coğrafi məkan, heyvan, insan və ya insan qruplarına aid olmayan, asan tələffüz olunan və xəstəliklə əlaqəli bir ad tapmalı olduğunu vurğulayıb.



Xəstəliyə ad verilməsi qeyri-dəqiq adların istifadəsinin və stiqmaların qarşısının alınması üçün vacibdir. Bu ad həmçinin bizə gələcəkdə bütün koronavirus epidemiyaları üçün vahid bir formadan istifadəyə imkan yaradacaq".

Qeyd edək ki, koronavirusun rəsmi adının mənası bu anlama gəlir: "CO" koronavirus, "VI" virus, "D" xəstəlik (disease), "19" isə virusun 2019-cu ildə aşkar olunduğunu bildirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?