Modern.az

Bakıda avtomobil işıq dirəyinə çırpılıb: yaralılar var

Bakıda avtomobil işıq dirəyinə çırpılıb: yaralılar var

Aktual

13 Fevral 2020, 00:39

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Lada Priora" markalı minik maşını yolda quraşdırılan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?