Modern.az

Xaçmaz sakinindən 3 kiloqrama heroin götürülüb

Xaçmaz sakinindən 3 kiloqrama heroin götürülüb

Aktual

13 Fevral 2020, 13:54

Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

 

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?