Bu gün Ukrayna Ali Radasının növbədənkənar iclasında maraqlı anlar yaşanıb.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, parlamentin iclasında Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski ilə keçmiş prezidenti Petro Poroşenko bir-birinin əlini sıxıb. Bir müddət söhbət edən siyasilərin görüntüsü sosial şəbəkə istifadəçilərindən biri tərəfindən paylaşılıb.
Qeyd edək ki, Zelenski ilə Poroşenkonun əl verib görüşərkən bir-birlərinin üzünə baxmaması da diqqət çəkib.
Modern.az "Qafqazinfo.az"a istinadən həmin videonu təqdim edir: