Prezident İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədridir.