Modern.az

Azərbaycanda daha 3 nəfərdə koronavirus AŞKARLANDI

Azərbaycanda daha 3 nəfərdə koronavirus AŞKARLANDI

5 Mart 2020, 14:40

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Modern.az-a verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyəti sabitdir, səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, operativ qərargah bundan əvvəl Azərbaycanda 3 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Beləliklə, ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 6-ya çatıb.

 

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

 

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

 

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?