Modern.az

Britaniyada koronavirusdan ölüm halı qeydə alındı

Britaniyada koronavirusdan ölüm halı qeydə alındı

6 Mart 2020, 00:36

Böyük Britaniyada yeni növ koronavirusa yoluxan şəxslər arasında ilk ölüm faktı qeydə alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, səhhətində bir sıra problemləri olan şəxs koronavirusa yoluxduqdan sonra ölüb. Bu, Britaniyada koronavirusa görə baş verən ilk ölüm halı olub.

Qeyd edək ki, Britaniyada koronavirusa yoluxanların sayı son iki gündə iki dəfə artıb. Ölkənin Səhiyyə Nazirliyindən verilən xəbərə görə, hazırda Britaniyada koronavirusa yoluxanların sayı 116-ya yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?