Modern.az

Selin qarşısını almaq üçün TENDER

Selin qarşısını almaq üçün TENDER

6 Mart 2020, 09:48

Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə açıq tender elan edib.

 

Tədbirlərə uyğun olaraq, Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda, eləcə də Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri aparılacaq. Astara çayının məcrası 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənəcək.

 

Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri həyata keçiriləcək.

 

İddiaçılar öz tender təkliflərini 14 aprelədək təqdim etməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?