Modern.az

Fermadan 6 qoyun oğurlandı

Fermadan 6 qoyun oğurlandı

6 Mart 2020, 09:54

Fermadan xırdabuynuzlu heyvan oğurlanıb

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan, 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.

 

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 2 mart 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları fermadan Goranboy rayon Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərov oğurlayıblar.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?