Modern.az

BirKart sahiblərinə Novruz payı!

BirKart sahiblərinə Novruz payı!

6 Mart 2020, 13:50

Novruz bayramı münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya keçirilir.

 

Modern.az xəbər verir ki, 2 aprel 2020-ci il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir.

 

Şərtlərə görə, BirKart-ın istənilən geyim, ayaqqabı, aksesuar, hədiyyə, parfümeriya və kosmetika partnyorları mağazalarında 100 manat və daha çox məbləğdə taksitli alış-veriş edən BirKart Taksit və BirKart Cashback sahibləri 5% cashback, BirKart Miles sahibləri isə 3 qat mil əldə edəcəklər. Üstəlik, kampaniya müddətində Bakcell istifadəçiləri Ulduzumdan 15 danışıq dəqiqəsi qazanacaqlar.

 

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?