Modern.az

Koronavirusa yoluxanların sayı 100 mini ötdü

Koronavirusa yoluxanların sayı 100 mini ötdü

Aktual

6 Mart 2020, 15:32

Dünyada koronavirus daşıyıcılarının sayı 100 242 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 408, sağalanların sayı isə 55 812 nəfərdir.

 

Ən çox yoluxma və ölüm halı Çində aşkarlanıb. Ölkədə indiyədək 80 559 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 042 nəfərdir.

 

Azərbaycanda isə 6 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkəmizdə bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

 

Ümumilikdə koronavirus 94 ölkə və regionu əhatə edir. 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?