Modern.az

\"Neftçi\"nin hospitala aparılan qapıçısı: \"Nəfəs ala bilmirdim\"

\

8 Mart 2020, 12:49

Səhhətimlə bağlı hər şey qaydasındadır. Artıq özümü yaxşı hiss edirəm".

 

Modern.az xəbər verir ki, bunu apasport.az saytına "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyunun ikinci hissəsində halı pisləşən qolkiper xərəkdə meydanı tərk etmişdi. Məmmədov klubun həkimlərinin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparıldığını bildirib: "Oyun zamanı birdən ürəyim həddən artıq tez döyünməyə başladı. Nəfəs ala bilmirdim. Əvvəlcə paltardəyişmə otağında klubun həkimləri müalicə etdilər. Daha sonra isə Mərkəzi Gömrük Hospitalına aparıldım. Artıq hər şey yoluna düşüb, ciddi bir problem yoxdur. Şükür Allaha, özümü yaxşı hiss edirəm. 1-2 günlük istirahətdən sonra məşqləri bərpa edəcəyəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?