Modern.az

Könüllülər şəhid analarını təbrik etdilər

Könüllülər şəhid analarını təbrik etdilər

8 Mart 2020, 15:00

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının könüllüləri 8 Mart tarixində Beynəlxalq Qadınlar Günü Münasibətilə şəhid ailələrinin qadın üzvlərini ziyarət və təbrik ediblər.

 

Modern.az xəbər verir ki, gənclər Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz əməllərinin olduğunu diqqətə çatdıraraq, dövlətin hər zaman onların yanında olduğunu bildiriblər.

 

Şəhid ailələrinin qadın üzvləri Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini və onlara göstərilən qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?