Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Katif bölgəsini karantinə alıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bölgəyə giriş-çıxışlar tamamilə dayandırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmiləri 5 nəfərdə koronavirus aşkarlandığını bildirmişdilər.