Modern.az

Qaz sızması partlayışa səbəb oldu

Qaz sızması partlayışa səbəb oldu

8 Mart 2020, 23:57

Gəncədə qadın yanıq xəsarəti alıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Fətəliyeva Kəmalə Təvəkkül qızı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına 1-ci, 2-ci dərəcəli sifətin və yuxarı ətrafın yanığı diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, K.Fətəliyeva təndirdə çörək bişirən zaman qaz sızmasında partlayış baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?