Prezident İlham Əliyev M.M.Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilir.
Xatırladaq ki, Mirdaməd Sadıqov ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonunun icra başçısı vəzifəsindən azad olunub.