Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda Milli Məclisin vitse-spikeri postuna Sahibə Qafarova, Əli Hüseynli və Hicran Hüseynovanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Mail AĞAXANOV