Modern.az

Tramp koronavirus testindən keçmədi

Tramp koronavirus testindən keçmədi

10 Mart 2020, 11:46

ABŞ Prezidenti Donald Tramp koronavirus yoxlanışından keçməyib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

"Prezident COVID-19 (koronavirus) testindən keçməyib. Çünki o, COVID-19 virusuna yoluxması təsdiqlənmiş şəxslərlə yaxın əlaqədə olmayıb və prezidentdə bu virusun simptomları yoxdur. Prezident Tramp sağlamdır və həkimin yaxından nəzarəti davam edəcək", - deyə Ağ Evin açıqlamasında bildirilib.

 

Qeyd edək ki, bu günlərdə D. Trampın görüşdüyü senatorlardan ikisi virusa yoluxma ehtimalı ilə əlaqədar karantinə alınıb. Həmin senatorlar COVID-19-a yoluxması təsdiqlənmiş şəxsin də qatıldığı görüşdə olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?