Modern.az

Daha bir ölkədə koronavirus tapıldı

Daha bir ölkədə koronavirus tapıldı

Aktual

12 Mart 2020, 09:22

Qayanada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. 

 

Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Devid Qreyncer məlumat verib.

 

Söhbət martın 5-də ABŞ-da qayıdan 52 yaşlı Qayana sakinindən gedir. Qadın Corctaun şəhərində yaşayır.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?