Modern.az

Masallıda yaşayış evindən 3 kiloqram narkotik aşkarlandı

Masallıda yaşayış evindən 3 kiloqram narkotik aşkarlandı

Aktual

12 Mart 2020, 10:44

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqram 258 qram narkotik vasitə tiryək, 11 qram psixatrop maddə olan metamfetamin və 0,7 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?