Modern.az

İçərişəhərdə Novruz tədbirləri ləğv edildi

İçərişəhərdə Novruz tədbirləri ləğv edildi

Aktual

12 Mart 2020, 12:06

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan "Yazz!" Festivalı ləğv edilib.

 

Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib.

 

İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?