Modern.az

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

12 Mart 2020, 15:29

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Sərəncamada qeyd edilir:

 

Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.

 

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?