Modern.az

UEFA avrokubokları dayandırdı

UEFA avrokubokları dayandırdı

Aktual

12 Mart 2020, 16:04

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqası yarışları dayandırılıb. 

 

Modern.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə qərarı UEFA qəbul edib.

 

Avropa futbol qurumunun tezliklə rəsmi açıqlaması gözlənilir. 

 

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk 8 oyunundan 6-sı keçirilməli idi. Onlardan 4-nə azarkeşlər buraxılmayacaqdı. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşləri isə təxirə salınmışdı. Çempionlar Liqasının 1/8 final mərhələsinin qalan 4 cavab oyunu isə gələn həftə keçirilməli idi.  

 

Daha əvvəl koronavirus pandemiyası üzündən İtaliya və İspaniya çempionatları dayandırılıb. Bir sıra ölkənin çempionatları azarkeşsiz keçirilir. MBA-nın və Avroliqanın müntəzəm çempionatları da dayandırılıb. 

 

Bu addım koronavirus epidemiyasının yayılması səbəbindən atılıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?