Oğuz rayonunun Mollalı kəndi yaxınlığında dağlıq ərazidə üç hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı meşə zolağı alovdan mühafizə olunub.