Modern.az

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

14 Mart 2020, 15:10

NATO-nun keçmiş baş katibi Haviyer Solana koronavirusa yoluxduğu iddia olunub. 

 

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə sabiq baş katibə yaxın mənbə məlumat yayıb.

 

Mənbənin verdiyi məlumata görə, NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana hazırda xəstəxanadadır. O  martın 11-də Madriddə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşılaşdığı və həkim nəzarətində olduğu deyilir.

 

Qeyd edək ki, Haviyer Solana 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, 1992-1995-ci illərdə Baş nazir Felipe Gonzalezin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri vəzifəsində çalışıb. 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?