Modern.az

İspaniyada fövqəladə vəziyyət elan edildi

İspaniyada fövqəladə vəziyyət elan edildi

14 Mart 2020, 17:56

İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib. Bu, iki həftə davam edəcək.

 

Modern.az bildirir ki, bu barədə ölkənin Baş Naziri Pedro Sançes məlumat verib. Fövqəladə vəziyyət rejimi İspaniya hökumətinə ölkə daxilində hərəkəti məhdudlaşdırmağa, eləcə də digər tədbirlər görməyə imkan verəcək.

 

Xatırladaq ki, daha əvvəl Madriddə bütün məktəb və universitetlər artıq iki həftəlik karantinə bağlanıb.

 

Qeyd edək ki, İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 pasiyent dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?