Modern.az

Şahmat üzrə Avropa çempionatı təxirə salındı

Şahmat üzrə Avropa çempionatı təxirə salındı

21 Mart 2020, 12:40

Şahmat üzrə Avropa çempionatı dünyada geniş vüsət alan koronavirus pandemiyasına görə təxirə salınıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Avropa Şahmat İttifaqının Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, 18-29 may tarixlərində Sloveniyada keçirilməsi planlaşdırılan yarış 8-21 dekabr tarixlərində baş tutacaq:

 

“Pandemiya və fors-major vəziyyətlə əlaqədar olaraq, Sloveniya Şahmat Federasiyası və Avropa Şahmat İttifaqı Avropa çempionatını 8-21 dekabr 2020-ci il tarixinə təxirə salmaq qərarına gəldi. Məkan eyni olaraq qalır”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?