AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.
Bu barədə Modern.az-a AZAL-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdirilib.
Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.