Modern.az

Mütəllibov Elçibəyin məzarını ziyarət edəcək  

Mütəllibov Elçibəyin məzarını ziyarət edəcək  

Aktual

11 İyun 2020, 13:17

İyunun 24-ü mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür.

 

Eks prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında bildirib ki, Elçibəyin doğum günündə olmasa da, ildə bir dəfə onun məzarını ziyarət edir: “Hər il 20 noyabrda Fəxri Xiyabana gedirəm. Mütləq mərhum prezident Elçibəyin də məzarını ziyarət edirəm. Hesab edirəm ki, belə də olmalıdır. Azərbaycan xalqı olaraq indiyə kimi milli kimliyimizi qorumağımız dəyərlərimizə hörmətlə bağlıdır. Elçibəyin məzarını yenə ziyarət edəcəm.

 

Xalq olaraq hər zaman dünyasını dəyişənlərə həssas yanaşmışıq. Xalqımızın qədimdən gələn ənənələri var ki, mürəkkəb geosiyasi şəraitdə onu qoruyub saxlayıb.

 

Siyasət həm də döyüş meydanıdır. Hardasa hansısa siyasətçini tənqid etmək olar, ancaq qəti surətdə təhqirə yol vermək olmaz. Çox zaman Elçibəyin adından sui-istifadə hallarına yol verilir. Kimlərsə onu əlində bayraq kimi tutur və müxtəlif işlərə meyl edirlər.

 

Buna qəti yol vermək olmaz. Bizim dəyərlərimizdə istər bu dünyada yaşayan, istərsə də dünyasını dəyişənləri təhqir etmək yoxdur. Düşünürəm ki, rəhmətliyin adınan nə sui-istifadə hallarına yol vermək, nə də təhqir etmək olar”.

 

Ayaz Mütəllibov dövlətin qoyduğu qaydalara hər kəsin əməl etdiyini də deyib: “Bildiyiniz kimi, “Eks prezidentlər haqqında” Qanun qəbul edilib. Bu qanun Elçibəyə də şamil olunur. Dövlətimiz Elçibəyə eks prezident statusu verib. Hesab edirəm ki, hər kəs bununla barışmalı və qəbul etməlidir.

 

Dövlətimiz hər zaman Elçibəyin ailəsini diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə ailəsinin evi də təmir olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?