Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tibb tələbələri və rezidentlərə müraciət edib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq, yeni biliklər qazanmaq istəyənlər bizə qoşula bilərlər:
“Könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər. Könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər”.
Könüllü olmaq istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər:
//docs.google.com/forms/d/e/1FAIpQLSeGcImK3EogaAB2CTW186RbhvrvtHExLDMffxRhE_bR3kdsOA/viewform