"1 iyul tarixinədək beynəlxalq uçuşlar qadağandır. Pandemiya səbəbindən 2 martda Tehran, ən sonda Rusiyanın Moskva şəhərinə, daxildə isə Naxçıvana uçuşlar dayandırılıb".
Modern.az-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O qeyd edib ki, pandemiya dövründə 25 minədək sərnişin daşınıb:
"Son günlərdə Londondan, Nyu-Yorkdan vətəndaşlarımız Azərbaycana gətirilib".
"Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev isə bildirib ki, Azərbaycanda hava nəqliyyatında məhdudiyyətlər tətbiq olundudan - martın 15-dən bugünədək 13501 vətəndaşımız 159 təxliyə reysilə ölkəyə qaytarılıb.
Onun sözlərinə görə, 151 təxliyə reysilə 12123 əcnəbi öz vətəninə qaytarılıb.