Modern.az

Vəkillər Kollegiyasından vəkil Cavad Cavadova XƏBƏRDARLIQ

Vəkillər Kollegiyasından vəkil Cavad Cavadova XƏBƏRDARLIQ

Aktual

11 İyun 2020, 16:55

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti vəkil Cavad Cavadova xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə VK-dan verilən məlumatda deyilir:

 

“İyunun 7-də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin ərazisində baş vermiş hadisələrlə bağlı Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanılıb və o, sonradan azad edilib.

 

Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş K.Süleymanlıya hüquqi yardım göstərir.

 

İyunun 9-da vəkil C.Cavadov sanki bir jurnalist kimi K.Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayıb və məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib.

 

Bununla da, vəkil C.Cavadovun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri ilə ziddiyyət təşkil edib.

 

Qeyd edilənlərlə əlaqədar, vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq onunla müvafiq söhbət aparılıb. 

 

C.Cavadova xəbərdarlıq edilərək tapşırılıb ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin və bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcək". 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?