Modern.az

AZAL rəsmisi pandemiyanın vurduğu zərərdən DANIŞDI

AZAL rəsmisi pandemiyanın vurduğu zərərdən DANIŞDI

Aktual

11 İyun 2020, 17:40

COVID-19 virusundan ən çox zərər görənlərdən biri də AZAL-dır.

 

Modern.az-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

O qeyd edib ki, 2019-cu ildə Heydər Əliyev adına Hava Limanından 4 milyon 740 min sərnişinə xidmət göstərilmişdisə, 2020-ci ilin hazırkı dövründə 760 min sərnişinə xidmət göstərilib.

 

E.Hacıyevin sözlərinə görə, iyun ayının sonunadək 2 milyon yarıma qədər sərnişinə xidmət göstərilməliydi:

 

"Hər halda nə qədər geridə qaldığımızı bu rəqəmlər deyir".

 

AZAL rəsmisi deyib ki, ölkə prezidentinin xüsusi qayağısı ilə Azərbaycan Hava Yollarına maliyyə yardımı göstərilir:

 

"Əməkdaşlarımız əməkhaqlarını vaxtında alırlar, bir nəfər də olsun mütəxəssisimiz ixtisar olunmayıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?