Modern.az

AZAL biletlərin pulunu nə vaxt qaytaracaq?

AZAL biletlərin pulunu nə vaxt qaytaracaq?

Aktual

11 İyun 2020, 17:55

AZAL tərəfindən biletinin pulunu geri almaq istəyən sərnişinlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

O qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən 60 gün sonra mümkün olacaq.

 

E.Hacıyev həmçinin əlavə edib ki, biletinin vaxtını dəyişdirmək istəyənlərə vauçerlər təqdim ediləcək.

 

Vitse-prezidentin sözlərinə görə, hazırda sərnişinlərin əlində 178 min 691 bilet var.

 

 

E.Hacıyev qeyd edib ki, vətəndaşlar əsasən gözləmə mövqeyindədirlər:

 

"Onlar AZAL-ın uçuşları bərpa etməsini gözləyirlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?