Bakıda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
"Koroğlu" metrostansiyasının yaxınlığında 2000-ci il təvəllüdlü Vahabzadə Xaliq Aqil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. (Report)