Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu, texnika elmləri doktoru Sergey Xruşşov vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sabiq sovet liderinin nəvəsi Nina Xruşşova bildirib.
Onun sözlərinə görə, Xruşşov 84 yaşında ABŞ-da dünyasını dəyişib.
Xatırladaq ki, o, 1935-ci ildə Moskvada anadan olub. 1963-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, Lenin mükafatı laureatı olub. 1991-ci ildə ABŞ-a köçüb, burada universitetdə soyuq müharibənin tarixindən mühazirələr oxuyub.
S.Xruşşov ABŞ vətəndaşlığı alıb.