Modern.az

Füzulidə yol qəzası: xəsarət alanlar var

Füzulidə yol qəzası: xəsarət alanlar var

Aktual

21 İyun 2020, 00:43

Füzuli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az "Report"a istinadən  xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Hacıyev Tural Bəxtiyar oğlu və 2005-ci il təvəllüdlü Ağayev Fərid Allahyar oğlu ağır bədən xəsarətləri alıblar.
 

Yaralılar əvvəlcə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onların vəziyyətləri ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı T.Hacıyevə sol diz qapağının yerdəyişən sınığı və üzün sıyrılmış yaraları, F.Ağayevə isə sol bud sümüyünün yerdəyişən sınığı və alt çənə sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?