Modern.az

Hərbi pilot Rəşad Atakişiyev məzarı başında anıldı

Hərbi pilot Rəşad Atakişiyev məzarı başında anıldı

Aktual

24 İyul 2020, 19:44

Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?