Modern.az

Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı

Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı

17 Avqust 2020, 09:30

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakının bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb.

 

Bu barədə Modern.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: "Sürücülərdən xahiş edirik ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?